8 aylıq hamilə qadın koronadan öldü, körpə qeysəriyyə ilə alındı

Türkiyənin Sivas şəhərində yaşayan 31 yaşlı tibb bacısı Merve Cesurun başına gələnlər eşidənləri kədərləndirib. 

"Sherg.az" "Haberler.com"a istinadən xəbər verir ki, 8 aylıq hamilə olan M.Cesur koronavirusdan dünyasını dəyişib.

Cesurun körpəsi qeysəriyyə əməliyyatı ilə xilas edilib. Ancaq körpənin reanimasiyaya alındığı və həyatının hələ də təhlükədə olduğu söyənilir.