Balkondakıları lentə aldı: Dünya mediasında xəbər olacağından xəbərsiz idi - FOTOLAR

Rusiyanın məşhur şəhəri - Sankt Peterburqda mübahisə edən cütlüyün balkondan yıxıldığı görüntülər, yoldan keçən bir nəfər tərəfindən təsadüfən qeydə alınıb.
Sherg.az xarici media istinadən xəbər verir ki, şənbə səhəri, saat 10:00 radələrində dostları ilə tarixi küçələri qeydə alan Denis adlı bir nəfər, dünya mediasında xəbər olacağından xəbərsiz idi.




Balkonda bir-biriylə dalaşan cütlüyü görən Denis, kamerasını ikinci mərtəbədəki balkonuna çevirib. Balkonda 35 yaşlarında olan Olqa Volkova və Yevgeni Karlaqin cürlüyü mübahisə edirdi.




Birdən Yevgeni Karlaqini özündən çıxaran Olqa Volkovanın barmaqlıqlara söykənməsiylə bir anda balkon qırılıb. Cütlük faciəvi şəkildə arxa - arxaya yerə çırpılıb.

Dərhal polis çağırılıb və cütlük təcili xəstəxanaya aparılıb.

 Bir övladları olan cütlük əməliyyata alınıb.  Onların ayaqlarında sınıqlar aşkarlanıb. Yerli media mübahisənin səbəbinin bilinmədiyini yazıb.

Hadisə ilə bağlı istintaqa başlanıb.

Turan