Belarus Krıma uçuşların bərpa olunması üçün şərti açıqladı

Belarusun "Belavia" hava yolu şirkəti hələ Krıma uçuşlar həyata keçirməyi planlaşdırmır. “Sherg.az” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə müəssisənin baş direktoru İqor Çerginets məlumat verib.
“Əvvəlcə Krım Rusiyanın bir hissəsi kimi tanınmalıdır. Yəni bu, siyasi qərar olacaq”. –deyə, o, əlavə edib.