Parlamentdə müxalifət tərəfindən ikinci fraksiya yaradıldı


Gürcüstanın 10-cu çağırış parlamentində müxalifət partiyaları tərəfindən 2-ci fraksiya qurulub.

Sherg.az "24News.ge"-ə istinadən xəbər verir ki, fraksiyanın adı "Şarl Mişelin Reformlar Qrupu"dur.

Sözügedən fraksiyanı "Quruculuq Strategiyası", "Respublikaçılar", "Qirçi-Daha Çox Azadlıq" partiyaları və müstəqil millət vəkili olaraq parlamentə daxil olan Vahid Milli Hərəkatın keçmiş sədri Qriqol Vaşadze və Avropalı Gürcüstanın keçmiş üzvü Tariel Nakaidze təsis ediblər.

Fraksiyaya Xatuna Samnidze rəhbərlik edəcək və müavini Paata Mancqaladze olacaq.