Zalkaliani: Əgər Saakaşvili yerli özünüidarəetmə seçkilərinə müdaxilə edərsə....

"Əgər Saakaşvili yerli özünüidarəetmə seçkilərinə müdaxilə edərsə, ukraynalı tərəfdaşlarımızla bunu yenidən müzakirə edəcəyik".

 Bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani, Ukrayna Baş nazirinin Saakaşvili barəsində verdiyi açıqlamasına şərh bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynanın Baş naziri də mətbuata açıqlama verərək Mixeil Saakaşvilinin Ukraynanın Gürcüstana münasibəti siyasətinin formalaşmasına təsir göstərmədiyini bildirib:

"Ukraynanın Baş naziri də mətbuata açıqlama verərək Mixeil Saakaşvilinin Ukraynanın Gürcüstana münasibəti siyasətinin formalaşmasına təsir göstərmədiyini, icra hakimiyyətində təqdim etməyə çalışdıqları kimi mövqeyinin olmadığını və yalnız məsləhətçinin funksiyasında olduğunu bildirdi. Bizim üçün əsas olan qanunu pozmamaqdır. Əgər Saakaşvili yerli özünüidarəetmə seçkilərinə müdaxilə edərsə, ukraynalı tərəfdaşlarımızla bunu yenidən müzakirə edəcəyik. Hər kəsi Gürcüstan qanunvericiliyinə və dövlətçiliyimizə hörmət etməyə çağırıram",-deyə Zalkalian bildirib.