Bayden Rusiya ilə sabit münasibət qurmaq istədiyini bildirib

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşü çərçivəsində Vaşinqtonun Moskva ilə münaqişə axtarmadığını, əksinə sabit münasibət qurmaq istədiyini söyləyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri, həmçinin, Avropa təhlükəsizliyinə qarşı irəli sürülən iddialara cavab verməyə də hazır olduğunu bildirib.