Daha bir PKK-çı təslim oldu

PKK terror qruplaşmasının bir üzvü Türkiyə hərbçilərinə təslim olub.

Axar.az xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

"PKK terror təşkilatından qaçan daha bir nəfər təhlükəsizlik qüvvələrinə təslim olub. Onun 2015-ci ildə terror təşkilatına qatıldığı müəyyən olunub. Beləliklə, 2021-ci ildə təslim olan terrorçuların sayı 79-a yüksəlib”, - açıqlamada qeyd edilib.