“Formula 1” komandasının payçısı vəfat etdi

  Dünyada məşhur “McLaren” avtomobil şirkətinin payçısı, fransız iş adamı, 68 yaşlı  Ojjeh Cenevrədə vəfat edib.

“Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, Ojjeh “McLaren” avtomobil şirkəti səhmlərinin əsas hissəsinə malik idi. Şirkət həmçinin, “Formula 1” yarışları üçün idman avtomobilləri də istehsal edir və bu avtomobillər  yarışlara daxil edilirdi. Fransız iş adamının özünün də “Formula 1” komandası olub. Səudiyyə Ərəbistanında anadan olmuş fransız iş adamı 2013-cü ildə 2 dəfə ağ ciyər transplantasiyası keçirib. 2020-ci ildə isə şirkətin İdarə Heyətindəki kürsüsünü oğlu Sultana dövr etmişdi.