Gürcüstanda meşədə itkin düşən 7 gənc tapıldı - YENİLƏNİB


Gürcüstanın Abastumani kurort qəsəbəsində meşədə itkin düşən 7 gənc tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənclərin hamısı sağ-salamatdır və həyatları üçün heç bir təhlükə yoxdur.

Axtarış-xilasetmə əməliyyatında 50-yə yaxın xilasedici və reyncer iştirak edib.