NATO Baltik dənizində Baltops təlimlərinə başlayıb

NATO bu gün Baltik dənizindəki ən böyük beynəlxalq hərbi təlim Baltops 2021-ə başlayıb.

APA TASS agentliyinə istinadən bildirir ki, bu barədə Alman Hərbi Dəniz Qüvvələrinin Kieldəki mətbuat xidməti məlumat verib.


Məlumata görə, 18 iyuna qədər davam edəcək manevrlərdə ümumilikdə 40 hərbi-dəniz birləşməsi, 60 təyyarə və 4 minə yaxın hərbçi iştirak edir.

Təlimdə 16 NATO ölkəsi, Finlandiya və İsveç iştirak edir.