ABŞ-da atışma: 3 nəfər öldürülüb

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Floridada qeydə alınıb. Atışma zamanı 3 nəfər öldürülüb, daha 6 nəfər xəsarət alıb.

Qeyd edilir ki, insident Mayami-Deyd dairəsində baş verib. Belə ki, dayanacaqdakı avtomobildən ətrafdan keçən insanllara atəş açılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.

Polis cinayətkarları axtarır.