Üniversitetlər əmlak vergisindən azad ediləcəklər

Gürcüstanda dövlət statusu olan ali təhsil müəssisələri balanslarında və istifadələrində olan əmlakların vergisindən azad ediləcəklər.

24News.ge xəbər verir ki, bu barədə Əmlak Məcəlləsinə planlaşdırılan dəyişikliklər paketində qeyd olunub.

Sözügedən qanun layihəsini "Gürcü Arzusu" partiyasının deputatları: Şalva Papuaşvili, Qiorqi Amilaxvari, Tamar Taliaşvili və Mariam Laşxi hazırlayıb.

Qeyd edilir ki, ali təhsil müəsisələri üçün nəzərdə tutulmuş yenilik, universitetləri əmlak vergisindən azad edəcək və onlar bu vəsaiti təhsilin keyfiyyətinin artırılması məqsədi üçün istifadə edə biləcəklər.

Qeyd edək ki, 2020-ci ilin göstəricilərinə əsasən, ən çox əmlak vergisi ödəyən universitetlər bunlardır:

1) Gürcüstan Texniki Universiteti - 655 365 lari.

2) Tbilisi Dövlət Universiteti - 640 797 lari.

3) Kutaisi Beynəlxalq Universiteti - 354 976 lari.

4) Şota Rustaveli adına Batumi Dövlət Universiteti - 353 673 lari.

5) İlia Dövlət Universiteti - 332 761 lari.