Liderlər görüşəcək! – Dünya yeni dizaynda qurulur? - ŞƏRH

Qarşıdakı bir həftə planet üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki,  ABŞ prezidentli Co Bayden iyunun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, iki gün sonra isə Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək.  Bundan sonra nələrin dəyişəcəyini hələlik sadəcə təxmin etmək olar. Hər halda yeni dünya nizamının formalaşa biləcəyi istisna deyil. 

 Politoloq Azər Rəşidoğlu liderlər arasındakı görüşün nəticəsi barədə “Sherg.az”a danışdı: 

“Bu dialoqlar tanışlıq mahiyyəti daşıyır. Hər üç lider gərginliyin aradan qalxmasını istəyir və bu istiqamətdə addımlar atılacaq. Amma problemlərin bütövlükdə aradan qalxacağını düşünmürəm, gərginlik davam edəcək. Çünki dövlətlərin maraqları toqquşur”.