ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz varisi Co Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlar arzulayıb.
Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Tramp deyib: “İclasda ayıq-sayıq olun və Putinə ən xoş arzularımı çatdırın”.
Xatırladaq ki, tərəflər arasında görüş iyunun 16-da keçiriləcək.