Bu gün səhər saatlarında Çinin Şiyan şəhərində ərzaq bazarında güclü partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.
Məlumata əsasən, hadisə nəticəsində ən azı 12 nəfər həlak olub, 138 nəfər yaralanıb.
Bildirilib ki, 133 yaralıdan 37-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.