ABŞ-da velosiped yarışı zamanı avtomobil 6 idmançını vuraraq ağır yaralayıb


ABŞ-ın Arizona ştatında keçirilən velosiped yarışı zamanı 6 idmançı xəsarət alıb.

APA ABC telekanalına istinadən xəbər verir ki, Şau Lou şəhərində start götürən yarış zamanı pikap avtomobilinin sürücüsü 6 velospedçini vuraraq ağır yaralayıb.

35 yaşlı sürücü hadisə yerindən yayınmağa çalışsa da polis onu təqib edərək saxlayıb. Sürücü güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər idmançıların vəziyyətlərinin ağır olduğunu bildirib.