Bayden əsəbləşdi:"Bu sualı bir daha cavablamayacam" 

ABŞ Prezidenti Co Bayden 11 sentyabr tarixinə qədər Əfqanıstandan tamamilə geri çəkilmək planlarında bir dəyişiklik olmadığını və bəzi hərbi sahələri tərk edəcəklərini açıqlayıb.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, Bayden Ağ Evdəki mətbuat konfransında ölkəsinin iyun ayındakı məşğulluq nisbətlərində ciddi artım olduğunu qeyd edib. 
Lakin jurnalistlərin Əfqanıstanla bağlı davamlı suallar verməsi Ağ Ev sahibini hiddətləndirib: 
"Artıq Əfqanıstanla bağlı sualları cavablandırmayacağam.  Gələn həftə müstəqillik günümüzdür. 40 ilin ən sürətli məşğulluq nisbətinə sahibik, COVID-19 üzərində qalib gəldik, əsgərlərimizi evə gətiririk, amma yenə də mənfi suallar verirsiniz".