Koronavirusun xəbərdarlığını edən ekstrasensdən daha iki PROQNOZ

Böyük Britaniyada məşhur bir ekstrasens qadın yaşayır. 

 Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, proqnozlarının çoxunun gerçəkləşməsi ilə məşhurlaşıb.

Məsələn, Debora Devisin koronavirus pandemiyası və Şahzadə Filippin ölümü ilə bağlı verdiyi öncəgörmələri gerçəkləşib.


Deboranın fikrincə, tezliklə Yer sakinləri daha güclü bir virusla qarşılaşa bilər.

Qadın, yeni dalğanın COVID-19-un məhsulu, yəni mutasiyası ola biləcəyini istisna etmir.

Davis bəşəriyyətin yaxın illərdə sosial məsafəyə münasibətini dəyişdirəcəyini söyləyib.

Bundan əlavə, o, Yer kürəsi sakinlərinin "yadplanetlilərin varlığına dair bütün həqiqəti öyrənəcəkləri" günün uzaq olmadığını da bildirib.

Onun proqnozlarından biri də şahzadə Vilyam və Harrinin barışacağı ilə bağlıdır. Eyni zamanda, sonuncu tarixi vətəninə dönəcək.

Ancaq həyat yoldaşı Meqan Markl geri dönməyəcək, çünki bir çoxları qardaşların ona görə mübahisə etdiyinə əmindir.