Türkiyədə “Covid-19” olanlara 2 deyil, 1 dəfə peyvənd vurulacaq

  Türkiyə Səhiyyə Nazirliyi bildirib ki, Koronavirusa qarşı Elmi Heyətin qərarı üzrə “Covid-19” keçirən şəxslərə 2 doza yerinə 1 doza “BioNTech” peyvəndi vurulacaq.

  Yeni tip koronavirus (Covid-19) keçirənlərdən birinci doza “BioNTech” peyvəndi qəbul edənlərə nazirlik tərəfindən ikinci doza görüşlərinin (randevuları) ləğv edildiyinə bağlı SMS (Short Message Service) göndərilib. Mesajda yazılır: "Covid-19” xəstəliyi keçirənlər üçün tək doza “BioNTech” peyvəndinin kafi olacağına dair Elmi Heyət qərarına əsasən, ikinci doza peyvənd görüşünüz ləğv edilmişdir."

  Qeyd edək ki, səhiyyə naziri Fəxrəddin Kocanın sədrliyi ilə 30 iyunda toplanan Elmi Heyətin təklifiylə xəstəliyin üzərindən 6 ay keçdikdən sonra peyvənd haqqı təyin olunması tətbiqində dəyişiklik edilib.