Talibanın İran, Rusiya ilə danışıqlar apardığı xəbəri yayılır

“Əfqanıstanın coğrafiyası dünyanın geopolitik durumuna təsir edə biləcək ərazidir. Burada hansı gücün diktə etməsindən asılı olaraq ölkələrin maraq dairələri formalaşır”. 

Bu sözləri “Sherg.az”a politoloq Azər Qasımov deyib. 

Siyasi şərhçi bildirib ki, uzun illər SSRİ və Amerika Əfqanıstana nəzarət edib: 

“1950-ci ildə Amerika ilk dəfə “Baqran” hava bazasını yaradıb. SSRİ-dən sonra yenə amerikalılar istifadə edib və artıq oranı yenidən tərk edib. Əfqanıstan coğrafiyası hər zaman böyük güclərin nəzarətində olub. Məsələn, Böyük Britaniya 30 ildir orada “Vəziristan” dövləti yaratmağa çalışır. Əfqanıstanda gözü olan əksər ölkələri orada yetişdirilən və emal edilən narkotik biznesindən pay almaq maraqlandırır. Talibanın İran, Rusiya ilə danışıqlar apardığı xəbəri yayılır. Taliban “heç bir ətraf ölkəyə hücüm etməyəcəyini” deyir. Təkcə Türkiyədən çəkinir”. 

Ekspertin fikrincə, Talibanın fars rejimi və Rusiya ilə görüşməsində bir məqsəd var: 

“Taliban narkotrafik üçün razılıq almağa çalışır və bunun müqabilində heç kimlə işinin olmayacağının sözünü verir. İran rejimi onsuz da narkotrafikin başında dayanır və ABŞ-ın Əfqanıstandan çıxması ilə əlinə daha yaxşı imkan düşür. Sərhəddən Əfqanıstan vasitəsilə Orta Asiyaya çıxmaq, oradan Rusiya və Avropaya çatdırmaq imkanı qazanır. Rusiya da bu trafikə göz yummaq müqabilində toxunulmaz qalır”.