Rusiyada 20-dən çox otel və sanatoriyanı su basıb

Rusiyanın Krasnodar vilayətində daşqınlar nəticəsində 20-dən çox otel və müalicə müəssisəsini su basıb.

AZƏRTAC xəbər verir ki, su basmış otel və sanatoriyalardan ola insanlar təxliyə edilərək müvəqqəti yaşayış məntəqələrində yerləşdiriliblər.

Ümumilikdə, Krasnodarda 1500-dən çox evi də su basıb, 14 bələdiyyə regionunda fövqəladə vəziyyət elan olunub, bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.