Rusiya müharibəni dayandıra bilərmi? - Putinin keçmiş müşaviri “kod”ları açdı

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri müharibəni dayandıracaq amili açıqlayıb. “Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, keçmiş iqtisadi müşavir Andrey İllarionov iddia edib ki, Rusiyanın enerji ticarətinə qoyulacaq “əsl embarqo” Ukraynadakı  müharibəni dayandıra bilər.
İllarionov Qərbin Rusiyadan neft və qaz ixracına güclü embarqo qoyacağı təqdirdə Moskvanın Ukraynadakı əməliyyatlarını “bir-iki aya” dayandıracağını iddia edib.

Enerjinin Qərb ölkələrinin əlində ən təsirli vasitələrdən biri olduğunu vurğulayan keçmiş müşavir, Putinin iqtisadiyyata hələ ki, zərbə almağa davamlı  olduğunu bildirib:

“Verilən  vədlərə baxmayaraq, Avropa hələ də Rusiya qaz və neftini almağa davam edir. Ötən il enerjidən əldə olunan gəlir Rusiyanın xərclərinin 36 faizini təşkil edib. Bu gəlirin böyük hissəsi Avropa Birliyi ölkələrindən əldə edilib. Birlik istehlak edilən qazın 40 faizini, neftin isə 27 faizini Rusiyadan idxal edir. Bu idxalın böyük hissəsi Almaniyanın payına düşür”.