Portuqaliya ZTR-lərini Ukraynaya göndərir

Portuqaliya Ukraynaya kömək üçün 15 zirehli transportyor (ZTR) göndərmək qərarına gəlib.
Söhbət Amerika istehsalı olan M113 ZTR-lərindən gedir.
Ölkə, həmçinin Ukraynaya 5 ədəd 15,5 kalibrli haubitsa və əlli radio qurğusu göndərəcək.
Xatırladaq ki, fevral ayında Portuqaliya Rusiya vətəndaşlarına “qızıl” vizaların verilməsini dayandırdığını və Ukraynaya hərbi yardım etmək niyyətində olduğunu elan etmişdi.
Mənbə: mk.ru