Gündoğanın nişanlısı da siyahıdadır


İngiltərə çempionatının ən gözəl gəlinləri seçilib

İngiltərə Premyer-Liqasının ən gözəl gəlinləri seçilib. Bu seçim hər il aparılır və ölkə futbolçularının həyat yoldaşları arasından “ən gözəl gəlin” seçilir. 

Qalib azarkeşlər arasında keçirilən anket sorğuyla müəyyənləşir. Bu il siyahıda “Mançester Siti”nin türkiyəli futbolçusu İlkay Gündoğanın nişanlısı Sara Arfaoui də yer alıb.

 Anket sorğunun nəticələrinə əsasən birinciliyi “Çelsi” “ulduzu” Kovacicin həyat yoldaşı İzabel qazanıb. İzabel futbolçuların həyat yoldaşları arasında “ən gözəl” seçilib. “Tottenham Hotspur”un oyunçusu Lucas Mouranın həyat yoldaşı Larisa Saad ikinci olub. 3-cü sırada isə Sergio Reguilnin həyat yoldaşı Marta Diazdır.

 Bundan əvvəlki seçimdə Mesut Özilin həyat yoldaşı Aminə Gülşə də qaliblər sırasında olub. İlkay Gündoğanın nişanlısı Sara isə gözəllər sırasında 9-cu yerdə qərarlaşıb.