ABŞ-da ilk dəfə uşaqlar arasında meymunçiçəyi aşkar edilib.
APA-nın “Associated Press“ə istinadla xəbərinə görə, azyaşlılardan biri Kaliforniyada yaşayır. Digər körpə isə Vaşinqtonda məskunlaşmış əcnəbi ailənin övladıdır.
Hər 2 uşaq xəstəxanaya yerləşdirilib və müalicələri davam edir. Onların vəziyyəti qənaətbəxşdir.