Ermənistanın Baş prokuroru müxalifətçi deputat Armen Çarçyanın barəsində cinayət işi açılması ilə bağlı parlamentə müraciət edib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Çarçyan 2017-ci il 8 fevralında xüsusi ağır cinayət işi ilə bağlı məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atmaqda ittiham olunub.
Paralel olaraq, parlamentin spikeri Alen Simonyan 22 müxalif deputatın mandatının ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməyəcəyini vurğulayıb.
O bu addımı müxalif deputatların parlamentin iclaslarında iştirakını bərpa etməsi ilə əlaqələndirib.