SEPAH təlim zamanı öz şəhərini vurdu: ölənlər var

Kirmanşah əyalətinin İslamabad Qərb şəhərində güclü partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Avqustun 11-i günortadan sonra baş verən partlayış nəticəsində bir neçə ev dağılıb, 4 nəfər ölüb və çox sayda insan yaralanıb.

Şəhər başçısı (Fərmandar) Həmidrza Kərəmi partlayışın qaz sızması nəticəsində baş verdiyini iddia edib.

Kirmanşah əyalətinin Qaz İdarəsi isə yaydığı bəyanatda əyalətin heç bir yerində, o cümlədən İslamabad Qərb şəhərində qaz xəstlərində nasazlıq və partlayış olmadığını deyib.

İslamabad Qərb şəhərinin Yanğınsöndürmə Mərkəzinin rəhbəri Əyyub Qulami dağıntıların çox olduğuna görə partlayışın səbəbləri barədə hələ dəqiq söz deməyin mümkün olmadığını bildirib.

Yerli sosial media fəalları partlayış və dağıntıların SEPAH-ın buraxdığı raket nəticəsində baş verdiyini yazıblar.

Qeyd edək ki, bölgədə keçirilən 5 günlük hərbi təlim avqustun 13-də başa çatacaq.