Ukraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alması ittihamı ilə tutulub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırması nəticəsində o bir sıra dövlət müəssisələrinin rəhbərlərinə Lvovsk-Volınsk kömür mədənindən qeyri-qanuni istifadə imkanının yaradılacağı və bunun üçün zəruri avadanlıqların veriləcəyini vəd edərək, onlardan külli-miqdarda rüşvət alıb.
Qeyd edilir ki, məlumatı nazirlik təsdiqləyib, lakin həbs olunan şəxsin adını açıqlamayıblar.