Abramoviçin şirkəti türk iş adamına 1 dollara satılıb


Rusiyalı milyarder Roman Abramoviçin bir vaxtlar dəyəri yarım milyard dollar olan Britaniya telekommunikasiya şirkəti "Truphone"un satış prosesi başa çatıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalara görə,  "Çelsi" komandası da daxil bir çox var-dövlətini itirən rus milyarder Roman Abramoviçin telekom şirkəti "Truphone" cəmi 1 dollara satılıb.

Şirkətin yeni sahibi türk-alman iş adamı Hakan Koça məxsus "TP Global Operations" olub.

Proses ötən həftə başa çatıb və təhvil-təslim dünən həyata keçirilib.

İngilis mətbuatına açıqlama verən Koç, "Çox təsəlliverici bir vəziyyətdir. Nəhayət işə başlayacağıq" deyərək, aylardır qeyri-müəyyənlik içində çalışan 446 şirkət işçisi və şirkətin müştərisinə bu sözü çatdırıb:

"Şirkətin hara getdiyini bilmədən işləyən dostlar üçün çox ağır vaxt oldu. Müştərilərimiz də şirkətə sadiq qaldılar. İndi baş verənləri onlara asanlıqla deyə bilərik".


Turan