İranla bağlı şok detal!  - "Məşhəd adı altında İrana gedənlərin əksəriyyəti..."

İlahiyyatçı: "Ayətullah və müctəhidlərin heç biri müsəlman deyil"

"Hər namazda Ahuraməzda və Əhrimənə həmd edirlər"


"İranın əsl gizli məqsədi İslama nifrət yaradaraq, Əhli Beyti, Quranı, İmamları mənfur əməllərinə qalxan, alət etməklə hörmətdən salıb ata-baba dinləri Məcusi - atəşpərəstliyə qayıdıb Sasani imperiyasını bərpa etməkdir".

Bu barədə "Şərq"ə açıqlamasında ilahiyyatçı-yazar, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. 

Ekspert bildirib ki, İran ayətullatlarının böyük əksəriyyəti daxilən Məcusi dinindədir. Hər namazda Ahuraməzda və Əhrimənə həmd edirlər: 

"İranın rəsmi təqvimi atəşpərəst təqvimidir və ayların adları Avestadakı tanrıların adlarıdır: Ordibehişt, Bəhmən, Fərvərdin, Xordad və sair. İranın bayrağı da Sasani imperiyasını təmsil edir. İran rejimi üzdə özünü sünni düşməni kimi təqdim edib xristian aləminin dəstəyini almağa çalışsa da əslində dəstək aldığı mənbələrin dəstəyini İslama qarşı olan düşmənçilik zəminində qazanıb. İrandakı siyasi ayətullah və müctəhidlərin heç biri müsəlman deyil. Buna dair minlərlə danılmaz faktlar var. Gizli, məxfi, təqiyyə (əsl əqidəni və amalı gizlədib özünü rəqibə uyğun aparmaq) çərçivəsində ölkəmizdə yüzlərlə axund, molla və digər şəbəkələr yaradıblar. Eynən Ələmut Qalasında həşşaşilərin apardığı terror siyasətini özlərinə nizamnamə seçən İran Sasani rejimi əsl həqiqətdə bütün bəşəriyyətin düşmənidir".

İlahiyyatçı vurğulayıb ki, İran müctəhidləri heç zaman tək olan Allaha inanmayıblar: 

"Hər zaman ən azı iki tanrıya inanıblar. Ən çoxu da 12 və ya 14 və daha çox tanrıya etiqad ediblər. Bunun ilk və nəzərəçarpan sübutu odur ki, Qarabağ da daxil olmaqla müsəlman torpaqlarında baş verən qırığınlara, İslamın təhqir olunmasına heç zaman etiraz etməyiblər, əksinə İslam düşmənlərinə yardım ediblər. Biz bunu İranla Ermənistanın timsalında görürük. İran müctəhidlər, yəni ruhani sekta tərəfindən idarə olunur. Kəşmir məsələsində Hindistanın, Suriya məsələsində Rusiyanın, Əfqanıstan məsələsində Amerikanın, Uyğur türklərinin soyqırımı məsələsində Çinin, Qarabağ məsələsində Ermənistanın tərəfində duran dini rejim mürdət və kafir elan olunmalıdır. Ölkəmizdəki İran agentləri və təqlid etdikləri ayətullatlar heç zaman Quran ayələrindən bəhs edərkən "Allah Quranda belə buyurur" deməzlər. Hər zaman "Quran buyurur" deyirlər. Çünki İran və İraq ayətullatları, rafizi böyükləri əsla Quranın Allahdan nazil olduğuna iman etməzlər. Quranın uydurma olduğuna inanırlar və bu kitabı Allaha isnad etmirlər.

Çünki İran Sasani dininə görə Allahın adına yalan danışmaq hətta orucu batil edir. Odur ki, onlara görə Allahdan olmayan Quranı Allahın adına istinad etmək yalan hesab olunur və ibadəti batil edir".

T.İrfan qeyd edib ki, ölkəmizdə ən üzdə olan, ən baş tribunalarda çıxış edən  ilahiyyatçı adı ilə cəmiyyətə sırınan bir çoxları İranın uzun müddət apardığı təbliğat nəticəsində yetişdirilmiş canlı minalardır: 

"Çox ciddi, həddən artıq ciddi təhlükəsizlik tədbirləri görülməlidir. İrana Məşhəd adı ilə gedən əksər adamları İran təsir altına salıb. Ən azı öz müctəhidlərinin müqəllidinə çevirib. Hər kəs İran əlaltılarına, Ələmut terrorçularına qarşı ayıq olmalıdır. Çünki özlərini, siyasi baxışlarını gizlədirlər. Onlara İran tərəfindən büqələmun olmaq tapşırılıb. Yəni istənilən cildə girirlər ki, nəzərə çarpmasınlar".