Süni mayalanmadan pul qazanırlar
Birləşmiş Ərəb Əmirliklərində dəvələrin süni mayalanması biznesə dönüşüb artıq. “Sherg.az” xarici mediaya istinadən bildirir ki, BƏƏ-də dəvə klonlanması ilk dəfə 2009-cu ildə gerçəkləşib. Klonlanan dəvələr yarışlarda qalib olanlar və gözəllik müsabiqələrində birincilik qazananlardır.
Bu cür dəvələrin qiyməti çox baha olduğundan onlara tələbat da böyükdür. Odur ki, belə cins dəvələrin nəslinin artırılması üçün sünu mayalanma üsulundan istifadəyə başlanılıb. Dəvələrin klonlanması Dubayda həyata keçirilir. Hər il 10-la dəvə klonlanır. Bu işi həyata keçirən mərkəzin mütəxəssisi bildirir ki, istənilən nəticəni əldə etmək çətindir. Dəvələrdən alınaraq mayalandırılan 100 embriondan 5-10 hamiləlik ancaq əldə edilir. Bu hamiləliklərdənsə 3-6 bala doğulur.