Stokholm polisi Quranın yandırılması aksiyasına icazə verib

İsveçin paytaxtı Stokholm şəhərində polis Quranın yandırılması aksiyasına icazə verib.

APA xəbər verir ki, bu barədə “Radio Sweden” məlumat yayıb.

Aksiya təşkilatçıları onu məscidin yanında keçirməyi planlaşdırır.

Qeyd edək ki, bundan öncə şəhər polisi bu tip aksiyaya icazə verməkdən imtina edib, lakin aksiya təşkilatçılarının müraciət etdiyi məhkəmə icazənin verilməməsi qərarını səhv adlandırıb.

Xatırladaq ki, bu il fevral ayının əvvəlində Stokholmda Türkiyə və İraq səfirlikləri qarşısında Quranın yandırılmasını təşkil etməyə hazırlaşan aksiya təşkilatçıları polisə müraciət edib, lakin bu tip aksiyaların əvvəllər ölkəyə qarşı təhdidlərə səbəb olduğunu və yeni aksiyaların terror aktları riskini ciddi şəkildə artıracağını əsas gətirərək onlara imtina verilmişdi.