Cənubi Koreyada hər kəs bir yaş cavanlaşdı

Bu gün Cənubi Koreyada hər kəs ən azı bir yaş cavanlaşıb.
Bakupost.az xəbər verir ki, ölkədə 2 ənənəvi yaş hesablama metodu beynəlxalq standartlara uyğunlaşdırılıb.
Yeni qanun Cənubi koreyalıların yaşının ana bətnində və doğulduğu andan sayılması sistemini ləğv edir.
Doğum tarixinə görə yaş siyahıyaalmasına keçid bu gündən qüvvəyə minib.
Qeyd edək ki, başqa bir sistemdə isə hər kəsin doğum günü deyil, yanvarın birinci günü bir yaşı hesab olunurdu.