İzmirdə özəl təyyarə yerə çırpılıb, iki nəfər...

İzmirin Səlcuq rayonunda özəl şirkətə məxsus təyyarə yerə  çırpılıb. Təyyarədə olan iki nəfərin yüngül xəsarətlərlə sağ qaldığı bildirilir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Səlcuq Efes Hava Limanından havaya qalxan özəl şirkətə məxsus təyyarə içərisində olan iki nəfərlə idarəetməni itirərək quruya çırpılıb.

Hadisədən sonra bölgəyə çoxlu sayda qruplar göndərilib.

Qəzaya uğrayan təyyarədəki iki nəfərin təsadüfən yüngül xəsarətlərlə sağ qaldığı öyrənilib.

Turan