Hakan Fidan İsveçin Qurani-Kərimin yandırılması ilə bağlı qərarını pisləyib

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsveçin Qurani-Kərimin yandırılması ilə bağlı qərarını pisləyib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, o bu barədə öz rəsmi twitter hesabında paylaşım edib.

"Qurban bayramının ilk günü İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən çirkin hərəkəti pisləyirəm! Söz azadlığı bəhanəsi ilə bu cür anti-İslam hərəkətlər yolverilməzdir", - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, bugün İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.