İsveçin Baş naziri “Quran”ın yandırılmasına icazə verilməsini yersiz adlandırıb

İsveç polisinin “Quranı” yandırmaq icazəsi qanuni olsa da, yersizdir.
AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri İsveçin Baş naziri Ulf Kristersson deyib.
Eyni zamanda, o, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Onun sözlərinə görə, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır.
Xatırladaq ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında “Quran”ın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar.
Qeyd edək ki, Stokholmda Qurban bayramının ilk günündə İraq əsilli şəxs tərəfindən “Quran” yandırılıb.