Putin Dərbəndə səfər edib

Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Dağıstana səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Dağıstana səfəri çərçivəsində Dərbəndə baş çəkib, Narın Qalada olub.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Dağıstanda turizmlə bağlı müşavirə keçirəcəyini və regionun rəhbəri Sergey Melikovla görüşəcəyini açıqlayıb.