Moskvada yük qatarı qəzaya uğrayıb

Moskvanın Birulyovo stansiyasında sement daşıyan 6 yük vaqonu relsdən çıxıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Rusiya Dəmir Yolları” QSC-yə istinadən məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ekoloji təhlükənin olmadığı bildirilir.

Birulyovo-Tovarnaya stansiyasında hərəkət dayandırılıb, qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.