Çexiya rus idmançıların ölkədə çıxış etməsinə qadağa qoyub

Çexiya hökuməti öz ərazisində rusiyalı idmançıların yarışlarda iştirakına qadağa qoyub.

APA-nın xəbərinə görə, bu barədə Sport.cz Nazirlər Kabinetinə istinadən məlumat verib.

Təşəbbüs Çex Respublikasının Təhsil Nazirliyindən gəlib. Qeyd olunur ki, çexiyalı idmançılara da Rusiya ərazisində yarışlarda iştirak etmək qadağandır.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə etmişdi.