Fransada ictimai nəqliyyat ləğv edilib

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra başlayan hadisələr 3 gündür davam edir. 

Sherg.az xarici mediaya istinadən küçə hadisələrinin qarşısını almaq üçün ölkə daxilində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 

Bəzi bölgələrdə əyləncə və festivallar da ləğv edilib. Nümayişçilər arasında çoxlu gənc və uşaqların olduğunu deyən prezident Makron ailələrə “Uşaqlarınızı evdə saxlayın” deyib. Aksiyalar zamanı saxlanılanların sayı 875-ə yüksəlib.

Fransanın daxili işlər naziri Jerald Darmanenin, saat 21:00-dan sonra qubernatorluqlara ölkə daxilində avtobus və tramvay xidmətlərini ləğv olmasının təlimatını verib.

Turan