Türkiyənin Portuqaliyadakı səfiri vəfat edib

Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.

Trend xəbər verir ki, Muğlanın Fəthiyə mahalının Faralya körfəzində dənizə girən Murat Karagöz çimərkən infarkt keçirib.

Murat Karagöz təcili yardımla xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.