Lukaşenka: "Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir o istifadə olunmayacaq"


Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir o istifadə olunmayacaq.

APA "BELTA" nəşrinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Zaman keçdikcə nüvə silahının etibarlı yerdə olduğuna əmin oluruq. O, Belarusda - təhlükəsiz yerdədir. Əminəm ki, bizdə olan müddətdə ondan heç vaxt istifadə etməyəcəyik və heç vaxt da düşmən ayağı torpağımıza dəyməyəcək”, - Lukaşenko vurğulayıb.