ABŞ Ukraynanın əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib

“Ukraynanın əks-hücum əməliyyatları uğurla davam edir və ordu davamlı şəkildə irəliləyir”.
“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milley deyib.
O bildirib ki, real müharibə kompüter oyunlarından fərqlənir: “Mən əks-hücum əməliyyatlarının 6, 8, 10 həftə və daha çox çəkə biləcəyini, qanlı və çətin olacağını demişdim”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski keçən həftə demişdi ki, əks-hücum əməliyyatları gözlənildiyindən daha yavaş sürətlə gedir.