Hindistanda 25 nəfər avtobusda diri-diri yandı

Hindistanın Maharaştra ştatında avtobusun yanması nəticəsində azı 25 nəfər ölüb.
Hadisə şənbə günü yerli vaxtla saat 02:00 radələrində (Bakı vaxtı ilə 00:30 - red.) baş verib. Avtobus Yavatmal şəhərindən Pune şəhərinə gedirmiş.
Polis avtobusda 32 nəfərin olduğunu bildirib.
Hadisənin səbəbi hələlik məlum deyil.

Mənbə: ANI