Keniyada qətliam kimi qəza: 48 nəfər öldü

Keniyanın qərbindəki Londiani şəhərində yük maşını yoldan çıxaraq bir neçə avtomobilə çırpılıb.
Bakupost.az xəbər verir ki, zəncirvari qəza nəticəsində 48 nəfər ölüb.
əHadisə magistral yolda yük maşını sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
Motosiklet və mikroavtobus da daxil olmaqla 6-dan çox avtomobilə ciddi ziyan dəyib.
Ölənlərin sayının artacağı bildirilir.
Keniya Qırmızı Xaç Cəmiyyəti zəncirvari qəzada xəsarət alan 20-dən çox şəxsin xəstəxanalara aparıldığını bildirib.