KİV: ABŞ və Rusiya kəşfiyyat xidmətlərinin rəhbərləri telefonla danışıb

Rusiyada "Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin hərbi qiyama cəhdindən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns rusiyalı həmkarı Sergey Narışkinlə əlaqə saxlayıb və bu hadisədə ABŞ-ın heç bir rolu olmadığını vurğulayıb.
APA xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri adının açıqlanmasını istəməyən rəsmi mənbəyə istinadən yazıb.
"Wall Street Journal" bildirib ki, Börnsün Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Narışkinlə telefon danışığı bu həftə baş tutub və bu, qiyam cəhdindən sonra iki hökumət arasında ən yüksək səviyyəli əlaqə olub.