Volodimir Zelenski Kiyevdə İspaniyanın Baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Kiyevdə İspaniyanın Baş naziri Pedro Sançes ilə görüşüb.
“Report” xəbər verir ki, bunu V.Zelenski teleqramda yazıb.
Ukrayna lideri verdiyi dəstəyə görə P.Sançesə təşəkkür edib.
O bildirib ki, Avropanı Ukraynasız təsəvvür etmək mümkün deyil.