İsveçin Baş naziri ABŞ-a səfər edəcək

İsveçin Baş naziri Ulf Kristersson ABŞ-a səfər edəcək.
APA SVT-yə istinadən xəbər verir ki, iyulun 5-də baş tutacaq səfər çərçivəsində Baş nazir Kristersson Ağ Evdə Prezident Co Baydenlə görüşəcək.
"Mən şadam ki, Prezident Bayden NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl məni görüşə dəvət edir. Mən Prezident Baydenlə görüşü səbirsizliklə gözləyirəm", - Baş nazir Ulf Kristersson SVT-yə müsahibəsində deyib.
Ağ Evə səfərin əsas mövzusu iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək hərbi alyansın sammiti öncəsi İsveçin NATO-ya üzvlüyünün gedişatıdır. Baydenlə görüşü səbirsizliklə gözləyirəm", - Baş nazir Ulf Kristersson SVT-yə müsahibəsində deyib.
Ağ Evə səfərin əsas mövzusu iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək hərbi alyansın sammiti öncəsi İsveçin NATO-ya üzvlüyünün gedişatıdır.