Türkiyə ordusu İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik qeyd edib ki, terrorçular Pençe-Kilit əməliyyatı zonasında hava dəstəyi ilə zərərsizləşdirilib.