“Titanik” sərnişininin məktubu hərracda 12 min dollara satılıb

“Titanik” sərnişinin göyərtədə yazdığı məktub Uruqvayda keçirilən hərracda 12 min dollara satılıb.

Sherg.az xəbər verir ki, 11 aprel 1912-ci il tarixli məktubu uruqvaylı Ramon Artaqveytia Qomez qardaşına yazıb.

Məktub “Titanik”in Atlantik okeanını keçməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib. Üç gün sonra gəmi qəzaya uğrayıb və məktubun müəllifi həlak olub.